Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Natəvanın heykəli Fransada vandalizmə məruz qalıb” –

User 08 Mart 2024 - 13:13 (Last updated: 21 May 2025 - 20:15)
elsad

Xurşidbanu Natəvanın heykəli Fransada vandalizmə məruz qalıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirə zamanı deyib.

“Azərbaycan milli-mədəni mərkəzi buna etiraz etdi, abidə xilas edildi. Bu, təəssüf ki, acı reallığın təzahürühür”, – o deyib.

O, dünya düzəninin çox sürətli formada dəyişdiyini əlavə edib:

“50 ildir, qərbin dominantlığı ilə islamofobiya anlayışı genişlənib. Sanki müsəlmanlar liberal dəyərlərə qarşıdır, onlar dünya düzəni üçün maneədir. Təbii ki, bunlar yanlışdır və bu fikirlər məqsədli formada ortaya atılır”.

Elşad İsgəndərov dünyada dəyişməkdə olan proseslərə toxunub:

“Qərb dünyası artıq hegemen rolunu əldən verir. Eləcə də qərb ideologiyası getdikcə özü radikallaşmağa başlayır”.

Azərbaycan XİN nümayəndəsi islamofobiyanın artıq tendensiyaya çevrilməkdə olduğunu vurğulayıb:

“Mübarizə vahid bir faktora çevrilməlidir. Biz müsəlmanlar kənar amillərə toxunur, şikayətlənirik. Eləcə də bu proses daxili amillər üçün də nəzərə alınmalıdır”.

Diplomat Azərbaycanın dinlərarası tolerantlıq baxımından çox gözəl bir nümunə olduğunu qeyd edərək fikrini yekunlaşdırıb. (APA)

Post navigation

Previous: “Mən Putinə baş əyməyəcəyəm” –
Next: Azərbaycan və Türkiyə XİN-ləri arasında konsulluq məsləhətləşmələri olub

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Təsəvvür edin: Ayın səthindəsiniz. Ətrafınız boz torpaq, qayalar və saysız-hesabsız kraterlərdir. Başınızı qaldırıb qara kosmosa baxırsınız və...
Read more about Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır? avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.