Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib.

Bu barədə XİN-in paylaşımında qeyd edilib.

“Həyatını itirənlərə və baş verən itkilərə görə kədərləndiyimizi bildiririk. Bu təbii fəlakətdə həyatını itirənlərin ailələrinə və İspaniya hökumətinə başsağlığımızı çatdırırıq”.

Qeyd edək ki, İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar zamanı 51 nəfər həyatını itirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.