Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Bu barədə XİN-dən bildirilib.

“Biz Pakistanın Mastunq şəhərindəki məscidin yaxınlığında və Hanqu şəhərindəki məsciddə törədilən terror aktlarını qətiyyətlə pisləyirik. Biz qardaş Pakistan hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, – məlumatda deyilir.

Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində yerləşən məscidin yaxınlığında partlayış baş verib. Baş verən partlayış nəticəsində azı 50 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.