Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda növbəti oyununa çıxacaq.

Yığma IV turda Bakıda Slovakiya seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Matçı norveçli FIFA referisi Roxit Saqqi idarə edəcək.

Üç turdan sonra xalı olmayan Azərbaycan millisi sonuncu, 7 xalı olan Slovakiya komandası isə 2-ci pillədə qərarlaşıb.

Qrupun digər matçında İsveç Estoniyanı sınağa çəkəcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.