“Azərbaycan yüklərin Ağdam yolu ilə aparılmasını istəyir” –Hikmət Hacıyevin "Politico"ya AÇIQLAMASI

“Qarabağ erməniləri Ağdam yolundan istifadəsindən ona görə imtina edirlər ki, onlar reinteqrasiyaya can atmırlar. Onlar separatizmə və irredentizmə can atır. Azərbaycan ərazisində özlərinin marionet, qeyri-qanuni rejimlərini saxlamaq istəyirlər”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Laçın yolu ətrafında qaldırılmış süni gərginliyi POLİTİCO nəşrinə şərh edərkən bildirib.

H.Hacıyevin sözlərinə görə, Laçın yolu açıqdır. O bildirib ki, Azərbaycan hakimiyyəti humanitar yardımın Laçın yolu ilə deyil, Ağdam yolu çatdrılmasını istəyir. “Çünki bu yol tarixi baxımdan Qarabağı Azərbaycanla birləşdirir və daha rahat yoldur”. 

“Nə üçün ermənilər bu yoldan istifadədən imtina edir? Ona görə ki, separatizmə can atırlar. Azərbaycan ərazisində öz qeyri-qanuni oyuncaq rejimlərini saxlamağa cəhd edirlər”-deyə H.Hacıyev vurğulayıb.

Qeyd edək ki, POLİTİCO nəşrinin Laçın yolu ilə bağlı yazısı tam birtərəfli və Azərbaycana qarşı qərəzli mövqedən yazılıb.

Azpost.info

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.