“Azərbaycana dəstəyimiz bölgədəki sülhü təmin etdi…Regionda söz sahibiyik”-ƏRDOĞAN

“Türkiyə regionumuzdakı hər məsələdə diplomatik, hərbi, iqtisadi gücü ilə artıq söz sahibidir, bu artıq müzakirə mövzusu deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) 26-cı fövqəladə toplantısında bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə BMT-dən, G-20-dək olduğu hər yerdə artıq öz sözünü deməyi bacarır: “Suriyadan Liviyaya, Aralıq dənizindən Qafqazadək hər yerdə bu mövqeyimizin təsirlərini görmək mümkündür. Liviyaya, Azərbaycana dəstəyimiz bölgədəki sülhü təmin etdi. Türkiyə 81 vilayəti, 84 milyon vətəndaşı, qol-qanad gərdiyi qardaşları, tarix və mədəniyyət əlaqələri olan dost ölkələrlə birlikdə hədəflərinə yönəlmiş vəziyyətdədir”.

Türkiyə Prezidenti ölkəsinin hazırda texnologiya sahəsində öz markalarını bütün dünyaya qəbul etdirmək gücünə sahib olduğunu da vurğulayıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran son 1 ayda Xankəndiyə 58 maşınla naməlum yüklər göndərib –

Sonrakı məqalə

Son sutkada ölkədə 4211 nəfər COVID-19-dan sağalıb –