Azərbaycana daha 13 ölkədən uçuşlara icazə verilib –SİYAHI

Sentyabrın 6-dan Azərbaycana daha 13 ölkənin vətəndaşlarının uçuşuna icazə veriləcək.

Bununla bağlı Baş nazir Əli Əsədov Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 6 sentyabr tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:Çin Xalq Respublikası;

– Estoniya Respublikası;
-. Finlandiya Respublikası;
– Fransa Respublikası;
– Honq-Konq (ÇXR);
– Xorvatiya Respublikası;
– İslandiya Respublikası;
– İtaliya Respublikası;
– Latviya Respublikası;
-Litva Respublikası;
-Malayziya;
– Səudiyyə Ərəbistanı Krallığı;
– Yaponiya.

Bu ölkənin vətəndaşlarının aşağıdakı tələblər nəzərə alınmaqla Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

– yaşı 18-dən yuxarı olan şəxslərə münasibətdə – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;
– 1–18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

Həmin şəxslər Azərbaycan Respiblikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev 3-cü qızıl medalı qazanan Raman Salehini təbrik edib

Sonrakı məqalə

“Taliban” Pəncşirin ən böyük bölgəsini ələ keçirib