“Azərbaycana nə qədər təşəkkür etsək azdır”- Çavuşoğlu

“Azərbaycandan Türkiyəyə ehtiyac duyduğumuz çadır və digər vasitələr zəlzələ bölgəsinə gətirilir. Nə qədər təşəkkür etsək azdır”.

APA xəbər verir ki, bunu Kahramanmaraşda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla FHN-in mobil səhra hospitalında olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Ceyhun qardaşım da, digər qardaşlarım da deyirlər ki, təşəkkürə ehtiyac yoxdur. Biz bir millətik. Hazırda burada tibbi personal, xilasedicilərlə birlikdə Azərbaycandan 900-ə yaxın şəxsi heyət var”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.