“Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq” –HULUSI AKAR

“Region özünün həssas dövrünü yaşayıb. Prosesləri yaxından izləyirik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə bütün qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır: “Bizim hər hansı şəkildə kimsənin ərazisini ilhaq etmək kimi niyyətimiz əsla müzakirə mövzusu ola bilməz. Ancaq digər tərəfdən də quruda, dənizdə və havada heç bir şəkildə nə özümüzün, nə də dost və qardaşlarımızın haqqının, hüququnun tapdanmasına icazə verərik”.

Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə uğurlu hərbi təlimləri düşmənləri qorxuya salır, dost və qardaşları həyəcanlandırır.

“Azərbaycana qarşı təhdidləri özümüzə qarşı təhdid sayırıq”, – deyə H. Akar vurğulayıb.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir