Azərbaycanda əhali bu il pivəyə 12 milyon manat pul xərcləyib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 11,663 mln. manat dəyərində pivə alıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,3% çoxdur. Təkcə cari ilin II rübündə əhali pivəyə 6,829 mln. manat xərcləyib. Bu, illik müqayisədə 13,2%, rüblük müqayisədə isə 41,3% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin yanvar-iyun aylarında ölkədə 2 574,3 min dekalitr pivə istehsal olunub ki, bu da illik müqayisədə 3,3% çoxdur. İdxala gəldikdə, ilin ilk yarısında Azərbaycana xaricdən 3,547 mln. ABŞ dolları dəyərində 193,13 min dekalitr pivə gətirilib. Bu, illik müqayisədə həcm ifadəsində 28,9%, dəyər ifadəsində isə 21,5% azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlk dəfədir eşidirəm, yalandır…” –

Sonrakı məqalə

Əhməd şah Məsudun oğlu Pəncşirdə “Taliban” qüvvələrini darmadağın edib