“İlk dəfədir eşidirəm, yalandır…” –Ərdoğan FETÖ qiyamı ilə bağlı Putindən xəbərdarlıq aldığını təkzib edib

Bu günlərdə RİA-Novosti-də “Krım sakinləri Türkiyədən təşəkkür cavabını gözləyir” başlığı ilə yayımlanan məqalədə qeyd edilir ki, “Türkiyədə dövlət çevrilişi ilə bağlı böhranlı situasiya zamanı Rusiya prezidenti tərəddüd etmədən Ərdoğana kömək əlini uzadıb”. İndi isə Türkiyə Krımla bağlı məsələdə Moskvaya jest etməlidir.

Türkiyə prezidenti Ərdoğan 2016-cı ildə baş vermiş dövlət çevrilişi ilə bağlı Rusiyanın onu əvvəlcədən xəbərdar etməsi barədə dolaşan məlumatı təkzib edib. 

Azpost.info bildirir ki, Ərdoğan rusiyalı jurnalist Mixail Qusmana verdiyi müsahibədə bununla bağlı məsələyə aydınlıq gətirib.

Jurnalist “Rusiyanın və dünyanın bir sıra KİV-lərində belə bir məlumat dolaşır ki, Rusiyanın xüsusi xidməti sizə çevrişi hazırlandığı ilə bağlı xəbərdarlıq ediblər. Bu nə qədər həqiqətə uyğundur?” sualını verib.

Ərdoğanın cavabı belə olub: “Bu barədə ilk dəfədir sizdən eşidirəm. Əgər hətta belə bir şey baş versəydi ilk növbədə bu barədə mənə məlumat verilməli idi. Nə kəşfiyyat, nə də digər kanallarla belə bir məlumat almamışam. Biz bilmirik kim kimə necə bu barədə məlumat verib. Hesab edirəm ki, bütün bun deyilənlər əsassız şaiyələrdir”. 

Xatırladaq ki, bu mif 2016-cı ildə baş vermiş qiyam cəhdindən bir müddət sonra Rusiya KİV-ləri tərəfindən gündəmə atılmışdı. Bu mifə görə, Moskva guya çevrilişdən bir az əvvəl Ərdoğana bu barədə xəbərdar edib. Digər mifə gör isə guya Rusiya hərbi qırıcı təyyarələri Ərdoğanın prezident təyyarəsini F-16-ların zərbələrindən qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Azərbaycanda əhali bu il pivəyə 12 milyon manat pul xərcləyib