Azərbaycanda 1 milyondan çox vergi ödəyicisi var

Bu ilin martın 1-nə Azərbaycanda 1 070 492 vergi ödəyicisi olub.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 927 427-si, yaxud 86,6%-i fiziki şəxslər (fərdi sahibkarlar), 143 065-i, yaxud 13,4%-i isə hüquqi şəxslər – şirkətlər və digər təşkilatlardır.

Ötən il martın 1-i ilə müqayisədə ölkədə vergi ödəyicilərinin sayı 82 334 vahid, yaxud 8,3% artıb. Bu artımın 66 673-ü və yaxud 81%-i fiziki şəxslərin, 15 661-i, yaxud 19%-i isə hüquqi şəxslərin hesabına baş verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir