Azərbaycanda 100 yaşından yuxarı neçə pensiyaçı var?

pensiya
pensiya

Hazırda Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiya və sosial müavinət alan vətəndaş var.

AzPost xəbər verir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Bakıda keçirilən “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ölkədə ən yaşlı pensiyaçı Lənkəranda yaşayan 135 yaşlı qadındır.

K.Əkpərov gələcək hədəflərdən də bəhs edib:

“2025-2027-ci illərdə əsas hədəf data əsaslı proqramlardan istifadə və süni intellekt əsaslı həllərin yaradılması kimi işlərin həyata keçirilməsidir. Biz artıq 90 faizdən yuxarı elektronlaşmaya nail olmuşuq”.

©report

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.