Azərbaycanda 4,3 bal gücündə zəlzələ oldu

Gəncə stansiyasından 45 km şimalda Samux ərazisində 4,3 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir