Azərbaycanda 5.1 bal gücündə zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ bəzi rayonlarda hiss olunub.

Saatlı, Sabirabad, İmişli, Salyan və digər rayonlarda təkanlar qeydə alınıb.

Bildirilir ki, zəlzələ yerli vaxtla 22.05-də olub. İlkin məlumata görə, zəlzələnin maqnitudası 5.1 olub.

Yeraltı təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.