Azərbaycanda 64 məktəb bağlandı

Məktəb
Məktəb

Azərbaycanda məktəblərin sayı azalmağa davam edir. 2024-2025-ci tədris ilinin əvvəlində ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı 4324-ə düşüb.

AzPost xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən tədris ili ilə müqayisədə 64 məktəb bağlanıb. Belə ki, 2023-2024-cü tədris ilində məktəblərin sayı 4388 olub.

Əldə olunan məlumata görə, ən çox məktəb bağlanması Lerik (9 məktəb), Ağsu (8 məktəb)Quba (7 məktəb) rayonlarında baş verib. Digər rayonlar üzrə Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında hərəyə 4, Şamaxı, Şəmkir və Balakən rayonlarında isə 3 məktəb bağlanıb. Bəzi bölgələrdə isə azalma 1-2 məktəb səviyyəsində olub.

Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Rəsmi statistikaya görə, ötən il 292 ibtidai məktəb fəaliyyət göstərirdisə, bu il onların sayı 245-ə enib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən açıqlamada bildirilib ki, bağlanan məktəblər əsasən şagird sayı az, kadr çatışmazlığı olan və ya maddi-texniki bazası zəif olan təhsil ocaqlarıdır. Hazırda təhsil müəssisələrinin rasionallaşdırılması prosesi davam etdirilir.

Qurumdan qeyd olunub ki, bu addım mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, təhsil xərclərinin daha səmərəli bölüşdürülməsi və keyfiyyətli təhsil mühitinin formalaşdırılması məqsədi daşıyır. Rasionallaşdırma çərçivəsində bəzi məktəblərin tipi dəyişdirilir, peşə təmayüllü siniflər açılır, bəziləri isə digər məktəblərlə birləşdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.