Rusiyada 31 milyon rubl rüşvət almış qubernator həbs edilib

Moskvanın Basman Məhkəməsinin qərarı ilə Penza vilayətinin qubernatoru İvan Belozertsev 31 milyon rubldan çox rüşvət almaq ittihamı ilə iki ay müddətinə həbs edilib. 

TASS-ın məlumatına görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə istintaqın Belozertsev barəsində 20 may tarixinə qədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətini təmin edib. Onun ev dustaqlığına buraxılması barədə vəsatət təmin edilməyib.

Basman Məhkəməsinin hakimi Natalya Dudar qeyd edib ki, ev dustaqlığı şəklində həbs qətimkan tədbirinin seçilməsi Belozertsevin istintaq orqanlarına mane olmaq və dəlilləri məhv etmək imkanını istisna etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Pakistan Prezidentini təbrik edib

Sonrakı məqalə

“Azərbaycanda aprel-may ayında koronavirus minimum həddə düşəcək” –