Bakı şəhərində əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzil veriləcək. Sosial Xidmətlər Agentliyi bununla bağlı tender elan edib.
Tenderin şərtlərindən məlum olur ki, Agentlik 40 ədəd birotaqlı, 40 ədəd ikiotaqlı, 20 ədəd üçotaqlı mənzil almağı planlaşdırır.
Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 7 980 000 manatdır.