Azərbaycanda buğda ununun zənginləşdirilməsinə başlanılır

Buğda
Buğda

Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək/

“Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək.

Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda, dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”, – deyə o əlavə edib(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.