Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yem məhsullarının təhlükəsizliyi təmin edilməlidir

Orkhan Ali 18 Aprel 2024 - 10:44 (Last updated: 21 May 2025 - 20:15)
inek

Heyvan və insan sağlamlığının qarşılıqlı əlaqəsini nəzərə alaraq, yem məhsullarının da təhlükəsizliyi təmin edilməlidir.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

AQTA sədri bildirib ki, bir çox baytarlıq preparatları yem və yem əlavələrinin tərkibinə əlavə edilməklə heyvanlara tətbiq edilir:

“Baytarlıq preparatları heyvan sağlamlığına birbaşa mənfi təsirlə yanaşı, heyvan mənşəli qida məhsullarında qalıq şəklində toplanmaqla insan sağlamlığına da dolayı yolla risk təşkil edir”.

AQTA sədri hansı hallarda baytarlıq preparatlarının heyvan və insan sağlamlığı üçün risk təşkil etdiyini də açıqlayıb:

“Baytarlıq preparatlarından, bioloji preparatlardan və yem əlavələrindən düzgün qaydada istifadə edilmədikdə, lazımından artıq, heyvan xəstəliklərin müalicəsi üçün yox, onun qarşısının alınması, eləcə də, heyvanların böyüməsinin təşviqi, qeydiyyata alınmamış, yəni effektivliyi və təhlükəsizliyi təsdiq edilməmiş preparatlardan istifadə edildikdə bu riskli olur”.

Onun sözlərinə görə, antimikrob rezistentlik heyvan və insan sağlamlığına ciddi təhdid olmaqla yanaşı, qlobal səhiyyə problemidir:

“Heyvandarlıqda antibiotiklərin düzgün qaydada istifadə edilməməsi heyvanlarda rezistent bakteriyaların yaranmasına səbəb olur. Birbaşa təmas, çirklənmiş qida məhsullarının istehlakı və ya ətraf mühit vasitəsilə bu bakteriyalar insanlara keçə bilir. Nəticədə, insan və heyvanlarda yoluxucu xəstəliklər zamanı müalicənin səmərəliliyi azalır, xəstələnmə və ölüm hallarının sayı, həmçinin, iqtisadi yük artır”(trend).

Post navigation

Previous: Azərbaycanda buğda ununun zənginləşdirilməsinə başlanılır
Next: “Bu gün ölkənin əsas idxal bazarı Rusiyadır” –

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.