Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8975 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 741, üç və daha çox doza vaksin vurduranların sayı 7201, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13540995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5330431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4832203, üç və daha çox doza vaksin vurduranların sayı 3145148, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 233213 təşkil edir.

APA

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 28 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Aİ Ukraynaya dəstək üçün 1 milyard avro ayıracaq