Azərbaycanda son sutkada 28 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782293 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.

Ölkədə son sutka ərzində 3826, hazırkı dövrədək isə 6739008 test aparılıb.

APA

Əvvəlki məqalə

Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var-

Sonrakı məqalə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb