Azərbaycanda daha 622 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 803 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, 9 795 nəfər vəfat edib, aktiv xəstə sayı 3 640 nəfərdir.

Ölkədə son sutka ərzində 4 442, hazırkı dövrədək isə 7 127 158 test aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.