Azərbaycanda daha 69 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 434 nəfər müalicə olunaraq sağalıb, 10 027 nəfər vəfat edib, aktiv xəstə sayı 532 nəfərdir.

Ölkədə son sutka ərzində 2 503, hazırkı dövrədək isə 7 447 795 test aparılıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyevin telekanallara MÜSAHİBƏSİ –

Sonrakı məqalə

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qazla bağlı 10-dan çox ölkə müraciət edib