Azərbaycanda ehtiyac meyarının həddi 200 manata qaldırılır

2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.
Ötən il ehtiyac meyarının həddi 170 manat olub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kreml Azərbaycan və Ermənistan arasında vəziyyəti sabitləşdirməyin yeganə yolu kimi üçtərəfli bəyanatların icrasını görür

Sonrakı məqalə

Şəhid Natiq Əliyevlə vida mərasimi keçirilib –