Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 4 milyonu ötüb –İstifadəçi sayı kəskin artıb

“Facebook” sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi (31 dekabr 2020-ci il tarixinə) 40,9% təşkil edib.

Bu barədə “Internet World Stats”ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə “Facebook” istifadəçilərinin sayı 4,185 milyonu ötür.

Son bir il ərzində (IWS-nin 2020-ci ilin aprelində dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə) ölkə üzrə “Facebook” istifadəçilərinin sayında 2,2 dəfədən çox artım qeydə alınıb. Bu dövr ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 22,6 faiz bəndi artıb.

“Facebook” sosial şəbəkəsinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə istifadəçi sayı belədir: Gürcüstan (3,065 mln.), Ermənistan (1,781 mln.), Qazaxıstan (11,222 mln.), Qırğızıstan (3,123 mln.), Tacikistan (1,019 mln), Türkmənistan (140 min) və Özbəkistan (4,412 mln.). (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandan 73 kq narkotik keçirmək istəyən üç narkotacir tutuldu –

Sonrakı məqalə

Prezident Baş Prokurorluğun yeni inzibati binasının açılışında iştirak edib –