Azərbaycanda koronavirusa yoluxanların sayı 1148-ə çatıb –289 nəfər sağalıb, 12 nəfər ölüb

Hazırkı dövrədək Azərbaycanda 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlanıb-

Sonrakı məqalə

“Karantin rejimi mayın əvvəlinə qədər davam etməlidir” –