Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanda kriptovalyutalardan istifadə ediləcək?

User 14 Avqust 2025 - 12:13 (Last updated: 14 Avqust 2025 - 12:13)
Kriptovalyuta

Kriptovalyuta

Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib.
Deputat Vüqar Bayramov paylaşımında bildirib ki, dəsətəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır. Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.
Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir.

AzPost.az

Post navigation

Previous: Ətin qiyməti bahalaşacaq? –
Next: Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng edib

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.