“Azərbaycanda küçələrdə yoxsullar dolaşmır” –İlham Əliyev ünvanlı yardımla bağlı yeni meyarların tətbiqini tələb etdi

“Əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır”.

Azpost.info bildirir ki, bu sözləri Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə,  inkişaf etmiş ölkələrin şəhərlərinə baxdıqda, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var: “Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın”.

Prezident bildirib ki, bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır: “ Ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşanın sabiq icra başçısı Nizami Bəhmənovun oğluna cinayət işi açıldı

Sonrakı məqalə

Xalq yazıçısı Afaq Məsudun Ukrayna qəzetinə müsahibəsi: