Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov jurnalistlərə açıqlamasında  bildirib.

Onun sözlərinə görə, minimum əməkhaqlarının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci  yarısında hazır olacağı gözlənilir.

Nazir müavini əməkhaqlarının necə faiz artırılacağı ilə bağlı suala cavabında qeyd edib ki, bununla bağlı araşdırmalar aparılacaq, bundan sonra artım faizi müəyyən ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir