Azərbaycanda neft şirkətinin işçiləri etiraz aksiyası keçiriblər

Yanvarın 15-də “Salyan Oil” əməliyyat şirkətinin işçiləri əmək haqlarının artırılması tələbi ilə etiraz aksiyası keçiriblər.

İşçilər deyiblər ki, şirkətin 200-ə yaxın əməkdaşı ofisin önünə toplaşaraq ayda 400-500 manata yaşamağın mümkün olmadığını bildiriblər.

“Salyan Oil” şirkətindən onlara vəd verib ki, yanvarın 1-dən maaşlar artırılacaq.

Sözügedən şirkət Azərbaycan-Çin birgə müəssisəsidir. Təsisçiləri SOCAR və SNPC-dir. (Turan)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir