Azərbaycanda noutbuk və kompüter istehsalı kəskin artıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1 427 ədəd noutbuk istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7% çoxdur.

Bununla yanaşı, cari ilin ilk 4 ayında Azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da, illik müqayisədə 1 057 ədəd, yaxud da 2,7 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 831 ədəd noutbuk, 627 ədəd stolüstü kompüter istehsal edilmişdi.

Qeyd edək ki, hesabat dövründə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 65,1 milyon manatlıq məhsul istehsal olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.