Azərbaycanda polis gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Daxili İşlər Nazirliyinin 4 əməkdaşı terrora məruz qalıb. Bu da Azərbaycanda mövcud ictimai-siyasi sabitlik, Konstitusiya quruluşunun bərpa edilməsi məsələsini tam zəruri edib.

Bunu DİN, DSX, DTX və Baş Prokurorluğun birgə brifinqində DİN mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev deyib.

“Azərbaycan Respublikasının bütün ərazisində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və onlara ölkə daxilində hüquqa zidd hallarla bağlı qəti tədbirlər görülməsi üçün göstərişlər verilib”, – o əlavə edib.

E. Hacıyev Azərbaycan cəmiyyətini dezinformasiyalara inanmamağa çağırdıqlarını da bildirib: “Hər bir vətəndaşımız diqqətli olmalıdır. Bildiyiniz kimi artıq sosial şəbəkələrdə yanlış məlumatlar yayılıb. Bu səbəbdən “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb. Bu da ondan ibarətdir ki, müəyyən təhdidlər var. Hazırda onlar bizimlə informasiya müharibəsi aparır. Hamını bu həssas məqamda diqqətli olmağa çağırırıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.