Azərbaycanda son sutkada 4219 nəfər COVID-19-a yoluxub –3562 nəfər sağalıb, 38 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, ötən müddət ərzində isə ümumilikdə 1 902 584 test aparılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət orqanlarında 243 vakant vəzifə müsahibəyə çıxarılıb –

Sonrakı məqalə

21 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb