Azərbaycanda son sutkada 77 nəfər yoluxub-160 nəfər COVID-19-dan sağalıb, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 296 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 223 475 nəfər müalicə olunaraq sağalıb, 3 136 nəfər vəfat edib, aktiv xəstə sayı 3 685 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 984, ötən müddət ərzində isə ümumilikdə 2 412 034 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır” –

Sonrakı məqalə

Azərbaycan və Türkiyə hərbçilərinin Qarsda birgə təlimləri başlayıb –