Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 147,7 min ton tərəvəz istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 12,4% çoxdur.
Bununla yanaşı, bu dövrdə Azərbaycanda diri çəkidə 192,3 min ton ət, 701,9 min ton süd, 798,1 milyon ədəd yumurta, 1,9 min ton yun və 52,0 min ton kartof istehsal edilib.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə yumurta istehsalı 4,4%, kartof istehsalı 2,1%, ət istehsalı 1,2% artıb. Süd istehsalı eyni səviyyədə qalıb, yun istehsalı isə 4,6% azalıb.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,8%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1%, bitkiçilik məhsulları istehsalı 9,3% artıb.