Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Tibbi Yardım
Tibbi Yardım
İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları “”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır.
AzPost xəbər verir ki, bu barədə Trendin sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, qaydaya əsasən orta və kiçik tibb heyətinin əməkhaqlarına aşağıdakılar daxildir:
– tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;
– aylıq sabit həvəsləndirici əlavə;
– əmək şəraitinə görə ödənilən əlavələr;
– qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.
Məlumatda bildirilib ki, icbari tibbi sığortadan əvvəl orta və kiçik tibb heyətinin median əməkhaqqı 320 və 270 manat idisə, hazırda qaydaya əsasən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan orta və kiçik tibb heyətinin əməkhaqqısı müvafiq olaraq 601 və 467 manat təşkil edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.