Ucarda sürücü sükan arxasında ölüb. AzPost “Unikal”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
KIA markalı minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Surxay Kərəm oğlu Nəcəfov sükan arxasında keçinib.
Qeyd edək ki, ölən şəxsin Gəncə şəhərində çalışan məmurun kürəkəni olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.