Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradılıb

User 10 Oktyabr 2023 - 16:19 (Last updated: 21 May 2025 - 20:15)
edliyye

Azərbaycanda xarici sənədlərin məsafədən tərcüməsi xidməti yaradılıb.

Bunu Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

İdarə rəisi qeyd edib ki, ölkəmizdə investisiya mühitinin əlverişliyinin artırılması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən xarici sənədlərin məsafədən tərcümə edilməsi və notariat qaydasında rəsmiləşdirilərək aidiyyəti orqana təqdim edilməsi elektron xidməti hazırlanıb və yaxın vaxtlarda istifadəyə veriləcək.

İ. Məmmədov onu da deyib ki, Türk dövlətlərin notariat palatalarının rəhbər şəxsləri tərəfindən imzalanmış Anlaşma Memorandumu çərçivəsində notariat qanunvericiliyinə və praktikalarına, notariat xidmətlərinin keyfiyyətinin artırılmasına dair məlumat, təcrübə və bilik mübadiləsi həyata keçiriləcək, bu məqsədlə notariat fəaliyyətləri və iş prosedurlarını öyrənmək üçün qarşılıqlı məsləhətləşmələr, görüşlər, simpoziumlar, seminarlar və tanışlıq səfərləri təşkil ediləcək: “Bu gün ölkəmizin notariatının imkanları ən yüksək standartlara cavab verir. Bu sahədə tətbiq edilən qabaqcıl həllər və müasir avadanlıq vasitəsilə notariuslar müxtəlif notariat hərəkətlərini elektron qaydada rəsmiləşdirmək imkanına malikdirlər. Hər hansı hazır notariat sənədinin bilavasitə digər türk ölkələrin notariat qurumlarında əldə olunmasına gəlincə, notariuslar arasında qurulan bu yeni əməkdaşlıq formatında mövcud olan informasiya sistemlərinin inteqrasiya hesabına şəbəkənin yaradılması və notariat sənədlərinin Birliyin üzvü olan dövlətlərin notariat ofislərində əldə edilməsi məsələsinə gələcəkdə baxıla bilər.

Hazırda isə ölkəmizdə notariat ofislərində təsdiq olunan sənədlər innovativ brendimiz olan “Mobil notariat” vasitəsilə əldə olunur. Geniş populyarlığa malik və yüksək məmnunluq doğuran bu tətbiq vasitəsilə insanlarımız dünyanın istənilən yerində, o cümlədən türk dövlətlərində müxtəlif növ notariat xidmətlərindən fasiləsiz rejimdə mobil telefonları ilə yararlana bilirlər”.

Post navigation

Previous: BMT İsrail və HƏMAS-ın hərbi cinayətlərinə dair sübutlar toplayır
Next: Küləyin sürəti saniyədə 30-32 metrə çatacaq

Oxşar xəbərlər

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.