Azərbaycanda yaşı 65 və ondan yuxarı olan nə qədər insan var? –Say açıqlandı

2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata əsasən, onlardan  306,8 mini kişi, 413,1 min nəfəri qadındır.

Bildirilib ki, sözügedən  yaş qrupunda olan əhalinin sayı, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki şəhərlərində və Abşeron, Şəmkir, Tərtər, Masallı, Tovuz, Cəlilabad, Xaçmaz, Quba, Bərdə rayonlarında üstünlük təşkil edib.

Həmin yaş qrupunda olanların əhalinin ümumi sayında  xüsusi çəkisi isə Bakı, Naftalan, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində və Tərtər, Gədəbəy, Qazax, Qax, Neftçala, Şahbuz, İsmayıllı, Ağstafa, Göygöl, Ordubad, Tovuz, Qusar, Zaqatala rayonlarında ölkənin digər şəhər və rayonlarına nisbətən daha çox olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərzaq qoyulmuş mətbəx mebelinin səthi və əllər yuyulmalıdır –

Sonrakı məqalə

Milli Məclisin iclası başladı, 65 yaşlı deputatlar gəlmədi-