Milli Məclisin iclası başladı, 65 yaşlı deputatlar gəlmədi-Həkimlər ayaqüstə alqışlandı

Milli Məclisin növbəti plenar iclası başlayıb.

İclasın gündəliyinə altı məsələ daxil edilib.

Bunlar Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı, Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi” (ikinci oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” (ikinci oxunuş) və “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələridir (ikinci oxunuş).

Milli Məclisin iclasında 92 deputat iştirak edir. Yaşı 65-i keçmiş deputatlar iclasa qatılmayıb.

“Prezident İlham Əliyev növbəti humanist addım atdı. Ölkə başçısının imzaladığı sərəncama əsasən, yaşı 65-dən yuxarı olan 176 məhkum əfv edildi” -deyə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, ölkə və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən bu addım ilk növbədə Azərbaycan siyasətinin mərkəzində insana qayğının dayandığını göstərir: “Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində görülən bütün işlər ölkə başçısının diqqət mərkəzindədir. Bir neçə gün öncə prezident İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska istehsal edən müəssisəsinin açılışında iştirak edib. Prezident İlham Əliyev 2 gün əvvəl modul tipli 6 xəstəxananın yaradılması ilə bağlı da 15 milyon manata yaxın vəsait ayırıb. İqtisadi böhrana yol verməmək üçün lazımi tədbirlər görülür. Orta və kiçik sahibkarlara şərait yaradılır. Aztəminatlı ailələrə yardım göstərilir. Bütün bu tədbirlərə görə Milli Məclis adından prezidentə təşəkkür edirəm. Tibb işçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər fədakarlıq edirlər. Xahiş edirəm onları ayaqüstə alqışlayaq”.

Daha sonra deputatlar onları ayaqüstə alqışlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda yaşı 65 və ondan yuxarı olan nə qədər insan var? –

Sonrakı məqalə

Baş Nazir Əli Əsədov Milli Məclisdə hesabatı video vasitəsilə verdi