Azərbaycandakı dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başlayıb –YENİLƏNİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərlərinin Şuşa şəhərinə səfəri başlayıb.

APA-nın məlumatına görə, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili və Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edir.

Səfər iki gün davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan XİN zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verib

Sonrakı məqalə

Hesablama Palatası YAP-da audit yoxlaması aparır