Azərbaycandan Gürcüstana səfərlər 97% azalıb

Bu ilin mayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 96,9% azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici Gürcüstan Milli Bankının aylıq hesabatında əksini tapıb.

Hesabat ayında Gürcüstana yollanan əcnəbi ziyarətçilərin sayında 94,1% azalma qeydə alınıb.

Qonşu ölkənin Rusiya və Ermənistandan qəbul etdiyi əcnəbi qonaqların sayı da müvafiq olaraq 97,8% və 92,1% azalıb.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına əsasən, mayda Azərbaycandan ölkəyə 3 276 nəfər gəlib. Yanvar-mayda isə bu göstərici illik müqayisədə 46,2% azalaraq 268 016 nəfər təşkil edib.

Azalmaya səbəb koronavirus pandemiyası səbəbindən Gürcüstan və digər ölkələrin quru və hava sərhədlərini bağlamasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisdə ölkədəki su böhranı müzakirə edilir –

Sonrakı məqalə

AzTV-də 40-a yaxın yeni veriliş açılıb