Azərbaycandan və Ermənistandan olan ekspertlər Tbilisidə görüşüb

Sentyabrın 15-də Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.

Bu barədə APA-ya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən bildirilib.

Qeyd edilib ki, heyətlərə Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.

Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.