Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadıldı- QƏRAR

Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb. 

Bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrinin rəhbərlərinə təlimati məktub imzalayıb.

Təlimati məktubda qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək. Başqa sözlə, tədris ilinin müddəti 15 gün artırılacaq.

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib. Məktubda imtahan sessiyasının 15 iyun-13 iyul tarixlərində keçirilməsi qərara alınıb.

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin (“Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə təhsil alanlar istisna olmaqla) tədris qrafiki dəyişməyəcək, yəni, dövlət attestasiyasının keçirilməsi qrafikə uyğun iyun ayının sonunadək aparılacaq. “Təhsil” ixtisasları qrupuna daxil olan ixtisaslar (pedaqoji ixtisaslar) üzrə tələbələrin təcrübəsi (təcrübə orta ümumtəhsil məktəblərində aparıldığına və burada dərslər iyunun 14-nə qədər davam etdiyinə görə) iyunun 15-nə qədər davam etdiriləcək və bu zaman dövlət attestasiyası iyunun 15-dən iyulun 13-dək aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü virtual keçiriləcək

Sonrakı məqalə

“Buta Airways” əl yükünün daşınması qaydalarını dəyişdi