Azərbaycanın tanınmış həkimindən koronavirusdan müdafiə ilə bağlıTÖVSİYƏLƏR

Tanınmış cərrah, professor Adil Qeybulla koronavirusla mübarizə aparmaq üçün bəzi tövsiyələrini açıqlayıb. 

“Report” Adil Qeybullanın tövsiyyələrini təqdim edir:

1. Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır.

2. Virus selektiv olaraq ağ ciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır.

3. Evdə qalmağa üstünlük verin.

4. Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun.

5. Əllə bir əşyaya və ya səthə toxunduqda ya dəsmal və ya salfet istifadə edin, ya da ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.),

6. Əllərinizi yumadan ağız və burnunuza aparmayın.

7. Mağazada və bayırda, imkan olduqca lateks və ya nitril əsaslı (adətən göy rəngli) əlcəklərdən istifadə edin. Əlcəkləri onun boynundan tutaraq corab kimi çevirərək çıxarıb zibil qutusuna atın.

8. Məlumdur ki, sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə gündə 2-3 dəfə sink preparatı için.

9. Karantin şərtlərinə ciddi əməl edin. Bu hamımızın təhlükəsizliyi üçün vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda dezinfeksiya mayesinin istehsalına dair təkliflər hazırlanıb

Sonrakı məqalə

İranda xüsusi karantin rejimi elan olunub