“Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” –ƏRDOĞAN

“Türkiyə olaraq mədəniyyətimizdən aldığımız ilhamla haqq, həqiqət, ədalət və sülh uğrunda apardığımız mübarizəni daima daha irəliyə aparmaq əzmindəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada məzlumların fəryadlarına biganə qalmadıq və Liviyada ölkənin qanuni idarəçiliyinin əməkdaşlıq dəvətini cavabsız qoymadıq. Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək səylərinə də eyni anlayışla dəstək veririk. Hər mübarizə arzu olunduğu nəticəni verməyə bilər, amma mübarizə aparmayan bəri başdan məğlubdur”, – deyə Türkiyə Prezidenti vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

QHT-lər “Human Rights Watch”, “Freedom House” və “Amnesty International”a müraciət edib

Sonrakı məqalə

“Əvvəlcə bu mənə zarafat kimi gəlirdi, sonra bir ay yox oldum” –