Azərbaycanın və Türkiyənin müdafiə nazirləri Kəlbəcərdəki təxribatı müzakirə etdilər

Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyənin milli müdafiə naziri yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi, bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir