Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycanın xaricdəki səfirləri Xankəndidə-

User 09 İyul 2025 - 14:14 (Last updated: 09 İyul 2025 - 17:33)
sefirler xankendi

Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə səfər ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzPost-a verilən məlumata görə, nümayəndə heyəti Xankəndinin mərkəzi hissəsi ilə tanış olaraq, şəhərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından maraqlanıblar. Daha sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçirilib. Tədbirdə çıxış edən Xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Xankəndi şəhərinin təməli Qarabağ xanlığı tərəfindən 1823- cü ildə qoyulub. Ermənilər, 1923- cü ildə rus imperiyası tərəfindən bu qədim Azərbaycan torpağında yerləşdiriliblər. Azərbaycan ordusunun apardığı lokal xarakterli antiterror əməliyyatları zamanı 100 ildən sonra 2023- cü ildə tarixi ədalət bərqərar oldu.” İşğaldan azad edildikdən sonra Xankəndi şəhəri yeni bir görmək alır. Xankəndi gənclər və tələbə şəhəri kimi formalaşır. Biz inanırıq ki, Qarabağ universiteti tanımış alimlər mütəxəssislər yetişdirəcək. Yaxın zamanlarda dünyanın ən yaxşı ali məktəblərindın biri olacaq. Bu gün Xankəndi Beynəlxalq tədbirlərə ev sahibliyi edir . Qədim Azərbaycan şəhərində aparılan genişmiqyaslı bərpa işləri qəlbimizdə fərəh hissini daha da artırır.”

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib ki, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir. Biz bu ərazilərdə sadəcə fiziki olaraq deyil, bütövlükdə hüquqi, sosial, iqtisadi və mədəni baxımdan dövlət siyasətinə reinteqrasiya edirik. Sizin də şahid olduğunuz kimi hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları elektrik və su təchizatı sistemləri yaradılır.

Azərbaycanın həyata keçirdiyi ” Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və könüllü qayıdışı təmin edilir. Bu müasir tariximizin ən irimiqyaslı sosial proqramlarından biridir. Azad olunmuş torpaqlarda hər bir ailə üçün layiqli yaşam şəraiti yaradılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 13 minə yaxın şəxs məskunlaşıb. Bunlar həm keçmiş məcburi köçkünlər, həm də dövlət və özəl sektorda çalışanlar və onların ailə üzvləridir.

S. Qəhrəmanov onu da qeyd edib ki, bu səfər sadəcə bir tanışlıq ziyarəti deyil. Bi həm də Azərbaycanın diplomatik heyətinin işğaldan azad olunmuş ərazilərdə baş verən proseslər və aparılan işlər barədə daha dolğun məlumat əldə etməsi və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, tədbir Qarabağ Universitetinin incəsənət korpusunda davam etdirilib. Qonaqlar Universitet heyəti tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

AzPost.az

Post navigation

Previous: Trampın “Moskvanı bombalamaq” açıqlamasına Kremldən cavab
Next: Ərdoğan yeni prezident seçkilərinin tarixini açıqladı

Oxşar xəbərlər

ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37

xƏBƏR

pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
İran Ermənistana təbii qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir. Tehran İrəvanı enerji sahəsində əməkdaşlıq üçün ən əlverişli...
Read more about İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.