Azərbaycanın yeni hərbi prokuroru təyin edilib- Yeni prokuror kimdir?/DOSYE

Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.

AzPost-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Üniversitetinin Hüquq fakültəsini bitirib.

B.Əhmədov 2018-ci ilin noyabrında Qazax Hərbi Prokurorluğuna prokuror vəzifəsinə təyin olunmuşdu.

2020-ci ilin iyulunda ədliyyə polkovnik-leytenantı Bəhruz Əhmədov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsinə vəzifəsinə təyinat alıb.

B.Əhmədov 2021-ci ilin yanvarında “Vətən uğrunda” medalı ilə təltif edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.